
Ərazi: Yusifbəyli, Şərq Bazar, Radiozavod, Binə, Mərdəkan
Region üzrə: Sumqayıt
Dinamik inkişaf edən komandamıza Təmizlik işçisi vəzifəsi üzrə məsuliyyətli və səliqəli əməkdaş dəvət edirik.
Vəzifə öhdəlikləri:
İş günü ərzində mağazanın təmizliyini və səliqəsini tələb olunan səviyyədə təmin etmək;
Vitrin, rəf və digər mağaza ərazilərinin təmizliyini həyata keçirmək;
Mağazanın açılışına qədər ticarət zalını, inzibati əraziləri və sanitar qovşaqları təmizləmək və havalandırmaq;
Təsdiq edilmiş qrafikə uyğun olaraq sanitar qovşaqların və ticarət zalının təmizliyini yoxlamaq;
Aşkar edilmiş təmizlik və səliqə ilə bağlı çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq;
İş zamanı müştərilərin ticarət zalında sərbəst hərəkətinə mane olmamaq;
Müştərilərlə ünsiyyətdə gülərüz və mehriban davranmaq;
Təsdiq edilmiş iş formasına və xarici görünüş tələblərinə riayət etmək;
Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtında və dəqiq yerinə yetirmək;
İş gününün sonunda mağazanı təmiz və səliqəli vəziyyətdə təhvil vermək;
Daxili intizam qaydalarına riayət etmək.
Namizədə tələblər:
Yaş həddi: 30–50 yaş;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Natamam orta və ya orta təhsil;
Təmizlik vasitələri və avadanlıqlarından düzgün istifadə qaydalarını bilmək;
Məsuliyyətli, səliqəli və intizamlı olmaq;
Fiziki işə uyğun olmaq.
Əmək şəraiti:
Əmək haqqı: 500–600 AZN;
6 günlük iş rejimi;
Nahar şirkət tərəfindən qarşılanır;
Bonus və əlavə imtiyazlar mövcuddur.
Əlaqə - 055 500 91 00