
Vəzifə haqqında
Şirkətimizin ofisində mətbəx və ümumi ofis səliqəsinin təmin edilməsi, əməkdaşlar və qonaqlar üçün çay, kofe və digər ikramların hazırlanması, həmçinin mətbəx ləvazimatları və məhsulların nəzarətdə saxlanılması üzrə məsul şəxs axtarılır.
Əsas vəzifə öhdəlikləri
Ofis mətbəxinin gündəlik təmizliyini və səliqəsini təmin etmək;
Qab-qacaqların yuyulması, qurudulması və səliqəli şəkildə yerləşdirilməsi;
Çay, kofe, su və digər mətbəx ləvazimatlarının daim hazır vəziyyətdə olmasına nəzarət etmək;
Qonaqlar üçün çay, kofe və digər ikramların hazırlanması və təqdim edilməsi;
Qəhvə aparatı, soyuducu, mikrodalğalı soba və digər mətbəx avadanlıqlarının təmiz saxlanılması;
Meyvələrin yuyulması, detoks suyunun hazırlanması və dibçək bitkilərinə qulluq;
Gigiyena və təhlükəsizlik qaydalarına riayət etmək.
Tələb olunan bilik və bacarıqlar
Təmizlik və səliqəyə diqqətli olmaq;
Məsuliyyətli, intizamlı və operativ işləmək;
Komandada işləmək bacarığı;
Oxşar sahədə iş təcrübəsi üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.