
Əsas vəzifə öhdəlikləri:
Ofislərin və sanitar qovşaqların gündəlik təmizliyinin təmin edilməsi;
İclas otaqları, restoran, lobi, lift və digər ümumi istifadə sahələrinin təmizlənməsi;
Otaqların, dəhlizlərin, pilləkənlərin və digər sahələrin mop, tozsoran, döşəmə təmizləyici və digər təmizlik avadanlıqlarından istifadə etməklə təmizlənməsi;
Həftə sonları ümumi təmizlik işlərinin həyata keçirilməsi;
Təmizlik avadanlıqlarından düzgün və səliqəli istifadə edilməsi, onların qorunub saxlanılması;
Təmizlik ləvazimatları və iş sahələrində aşkar olunan çatışmazlıqlar barədə koordinatora məlumat verilməsi;
Koordinator tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Müəyyən edilmiş təmizlik standartlarına və daxili qaydalara uyğun işin icrası.
Vəzifə üzrə əsas tələblər:
Bu sahə üzrə təcrübə mütləq deyil (iş prosesləri yerində öyrədilir);
Məsuliyyətli, diqqətli və səliqəli olmaq
Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit; çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq;
Sanitar-gigiyenik normalara riayət etmək;
Mehmanxana və ya oxşar sahədə təmizlik üzrə təcrübəyə malik olmaq üstünlükdür.
İş şərtləri:
Əmək haqqı: 670 AZN;
Yalnız bəylər müraciət etsin.
İş qrafiki: həftənin 6 günü, dəyişkən növbəli iş rejimi (səhər növbəsi: 07:00 – 15:00, günorta növbəsi: 14:00 – 22:00)
Yemək və iş geyimi (uniforma) ilə təmin olunma
Peşəkar və mehriban komanda ilə çalışmaq imkanı;
Rəsmi əmək müqaviləsi
İş yeri: Bakı şəhəri, Nizami küçəsi 90A, Landmark III
CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!