ADA Universiteti Xadimə vəzifəsinə məsuliyyətli, diqqətli və işgüzar namizədləri dəvət edir.Vəzifənin əsas məqsədi universitetin kampus ərazisində təmizlik və gigiyena standartlarının təmin edilməsi, səliqəli və təmiz iş mühitinin qorunmasıdır.
İş öhdəlikləri:
Gündəlik təmizlik işlərini yerinə yetirmək;
Tədbirlərdən öncə və sonra ərazinin səliqəsini təmin etmək;
Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
Kampus ərazisində təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq;
Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etmək;
Etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq;
Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.
Tələblər:
Vəzifə üzrə minimum 6 ay iş təcrübəsi;
Punktual, məsuliyyətli və detallara diqqətli olmaq;
Məxfiliyi qorumaq bacarığı;
Məsuliyyətli və mehriban davranış;
Təmizləyici vasitələrdən istifadə etmək bacarığı;
Tapşırıqları yerinə yetirmək üçün fiziki hazırlıq;
Rəhbərlik tərəfindən müəyyən edilmiş ciddi gigiyena və təmizlik standartlarına riayət etmək bacarığı;
Arzuolunan yaş aralığı 30-43;
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Xadimə” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.