
Hilton Garden Inn Baku komandasının bir hissəsi olun və kariyeranızı inkişaf etdirin!
Şöbə: Təmizlik
Vəzifə: Otaq xidmətçisi (Housekeeping/room attendant)
Ünvan: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
Otaqların tam təmizliyini təmin etmək, yataq dəstləri, döşəklər, mebellər, və digər əşyaları təmizləmək;
Yastıq örtükləri, çarşaflar və digər yataq dəstlərinin dəyişdirilməsi;
Otaqları hər gün, qonağın tələbi əsasında və ya müəyyən olunmuş təmizlik cədvəlinə uyğun təmizləmək;
Otaqların və hamamların gigiyena standartlarına uyğunluğunu təmin etmək;
Sabun, şampun, dəsmal və digər gigiyenik məhsulları təmin etmək və yeniləmək;
Otaq əşyalarının və cihazlarının düzgün işlədiyini təmin etmək və təhlükəsizlik qaydalarına riayət etmək;
Qonaqların otaqda xüsusi tələblərini diqqətlə yerinə yetirmək;
Qonaq şikayətlərini və ehtiyaclarını dinləmək və müvafiq tədbirlər görmək;
Müəyyən edilmiş iş cədvəlinə riayət etmək və işlərin vaxtında yerinə yetirilməsi;
Tələblər:
Otelçilik sahəsində təcrübə üstünlükdür;
Sanitariya standartlarına və təmizlik prosedurlarına riayət etmək bacarığı;
Təmizlik alətləri və məhsullarının düzgün istifadə edilməsi və təhlükəsizliyi ilə bağlı məlumatlılıq;
Effektiv ünsiyyət;
İşçinin təminatları:
Qidalanma (işçi yeməkxanasında);
Tabia Group tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Uyğun namizədlərdən 010 241 07 65 nömrəsinə və ya CV-lərini mövzu yerinə “Otaq xidmətçisi” yazmaqla [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.