ADA Universitetinə Təmizlik Xidməti Əməkdaşı tələb olunur.
Günlük vəzifə öhdəlikləri:
Gündəlik təmizlik işlərini yerinə yetirmək;
Tədbirlərdən sonra ərazinin səliqəsini təmin etmək;
Müəyyən olunmuş ərazilərdə binaların çöl şüşələrinin yuyulması;
Binaların daxilindəki ofislərdə xalçaların və yumşaq mebellərin (divan, kreslo və s.) xüsusi texniki avadanlıq və təmizləyici vasitələrdən istifadə etməklə yuyulması;
Yuyucu və dezinfeksiyaedici maddələrin konsentrasiyası və onların təhlükəsiz istifadəsi qaydalarına düzgün əməl etmək;
Təmizlik avadanlıqlarından düzgün və səliqəli istifadə etmək bacarığı;
Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.
Zəruri tələblər:
Punktual, səliqəli, məsuliyyətli və intizamlı olmaq;
Məxfiliyi qorumaq bacarığı;
Komandada işləmək bacarığı və mehriban davranış;
Tapşırıqları yerinə yetirmək fiziki işə uyğunluq;
Arzuolunan yaş aralığı 20-35;
Mərmər və digər döşəmə səthlərinin müvafiq texniki avadanlıq və kimyəvi vasitələrlə işlənməsi bacarığı;
Müvafiq sahədə real iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Qeyd edək ki, elan edilən vakansiya bəy namizədlər üçün nəzərdə tutulub.
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Təmizlikçi” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.