
Vəzifə öhdəlikləri
Ofis daxilində gündəlik təmizlik və səliqə-sahman işlərinin yüksək səviyyədə görülməsi;
İş masalarının, rəflərin, şüşəli səthlərin və ofis avadanlıqlarının tozunun silinməsi;
Döşəmənin mütəmadi olaraq tozsoranla təmizlənməsi və nəm silinməsi;
Mətbəx zonasının təmiz saxlanılması, çay/kofe stəkanlarının yuyulması;
Sanitar qovşaqlarının gündəlik təmizlənməsi, dezinfeksiya edilməsi və gigiyenik vasitələrin (sabun, kağız və s.) vaxtında yenilənməsi;
Gün ərzində zibil qablarının boşaldılması və torbalarının dəyişdirilməsi.
Xidməti geyimin təmiz və səliqəli olmasına diqqət etmək və s.
Tələblər:
Yaş həddi: 25 - 50 yaş arası xanımlar;
Ofis təmizliyi sahəsində müvafiq iş təcrübəsi olması arzuolunandır;
İşində məsuliyyətli, təmizkar, nizam-intizamlı və çevik olmalı;
Kollektivlə düzgün ünsiyyət qurma bacarığı
İş şəraiti və qrafik:
İş qrafiki: Həftədə 6 gün (Bazar ertəsi – Şənbə);
İstirahət günləri Bazar
Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tam rəsmi sənədləşmə (Əmək müqaviləsi bağlanılır);
İş yeri: Ağ şəhər
Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə [email protected] elektron poçt ünvanına, CV göndərərək və ya zəng edərək müraciət edə bilərsiniz.
Əlaqə - (+994)10 451 78 76 (Zəng və ya WhatsApp)