
İş barədə məlumat:
İş qrafiki: Həftədə 6 gün İş saatı: 09:00 – 19:00
Nahar: Şirkət tərəfindən qarşılanır
Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunacaq
Tələblər:
1C və Logo proqramlarını peşəkar səviyyədə bilmək.Ön mühasibatlıq, kassa və bank əməliyyatları üzrə təcrübə.Gündəlik maliyyə hərəkətlərinin qeydiyyatını aparmaq və ilkin sənədləşməni təşkil etmək.Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri
Müştərilərə yüksək səviyyədə, gülərüz və operativ kassa xidməti göstərmək;
Nağd, bank kartı və digər ödəniş vasitələri ilə hesablaşmaları düzgün həyata keçirmək;
Kassa aparatında satış əməliyyatlarını qeydiyyata almaq və müştəriyə kassa çekini təqdim etmək;
Gün ərzində kassaya daxil olan pul vəsaitlərinin düzgünlüyünə nəzarət etmək;
Günün sonunda kassanın bağlanmasını həyata keçirmək və müvafiq hesabatları hazırlamaq;
Kassa qalığını faktiki pul vəsaiti ilə tutuşdurmaq;
Kassa mədaxil və məxaric sənədlərini düzgün tərtib etmək;
Geri qaytarılma və dəyişdirilmə əməliyyatlarını şirkətin daxili qaydalarına uyğun həyata keçirmək;
Müştərilərin ödənişlə bağlı suallarını cavablandırmaq və zərurət yarandıqda aidiyyəti əməkdaşa yönləndirmək;
Kassa sahəsinin səliqəli və təmiz saxlanılmasına nəzarət etmək;
Pul vəsaitlərinin, kassa sənədlərinin və şirkətə məxsus digər maddi dəyərlərin təhlükəsizliyini təmin etmək;
Şirkətin kassa intizamına, daxili prosedurlarına və geyim qaydalarına riayət etmək;
Birbaşa rəhbərin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.